Göygöldə pul və qızılla dolu seyf oğurlandı
Bizi izləyin

Kriminal

Göygöldə pul və qızılla dolu seyf oğurlandı

Göygöl rayonunda törədilmiş oğurluq əməlinin üstü açılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki evlərin birindən içərisində 980 manat və 9950 ABŞ dolları, habelə 10.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Dursunov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm