Azərbaycanda silahlı insident - Polisi görüb silahı atıb qaçdı
Bizi izləyin

Kriminal

Azərbaycanda silahlı insident - Polisi görüb silahı atıb qaçdı

Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

Publika.az daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm