Kriminal
Bakıda ticarət mərkəzində kütləvi dava - 3 nəfər ağır xəsarət aldı
Bakının Qaradağ rayonunda kütləvi dava olub.
“Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.
Belə ki, sürücü avtomobilini ticarət mərkəzində yerləşən mağazaların birinin qarşısında saxlayıb. Bu da öz növbəsində həmin mağazada işləyən şəxslərin narazılığına səbəb olub. Qısa mübahisədən sonra sürücü ərazidən uzaqlaşıb. Lakin sürücü bir müddət sonra bir neçə şəxslə geri qaydıb və yenidən mağaza işçiləri ilə mübahisə edib. Mübahisə sonda tərəflər arasında dava ilə yekunlaşıb.
Nəticədə mağaza işçiləri 1982-ci il təvəllüdlü Rəfiyev Rüfət Gülağa oğlu, 1982-ci il təvəllüdlü Babayev Məhəmməd Zakir oğlu və 1978-ci il təvəllüdlü Əzizova Həyat Hümbət qızı ağır bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
R. Rəfiyev və B. Məhəmmədə qapalı kəllə beyin, Ə. Həyata isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralılar həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR