"Bandotdel" Şabranda əməliyyat keçirdi
Bizi izləyin

Kriminal

"Bandotdel" Şabranda əməliyyat keçirdi

Şabranda keçmiş məhkumda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin götürülüb. Davam etdirilən tədbirlərlə onun Şabran şəhərindəki evindən 334 qramdan artıq heroin və 33 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm