“Bandotdel” Bakıda əməliyyat keçirdi – Silahlı şəxslər tutuldu
Bizi izləyin

Kriminal

“Bandotdel” Bakıda əməliyyat keçirdi – Silahlı şəxslər tutuldu

Bakıda daha 2 nəfərdən odlu silah götürülüb.

Publika.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini N.Nəsirovun idarə etdiyi “Daewoo” markalı avtomobildən “Steçkin” markalı avtomat-tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa idarəyə daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm