Azərbaycanda qadına qarşı VƏHŞƏT - Arvadını öldürüb, evlə birlikdə yandırdı
Bizi izləyin

Kriminal

Azərbaycanda qadına qarşı VƏHŞƏT - Arvadını öldürüb, evlə birlikdə yandırdı

Bu gün səhər saatlarında Salyan şəhərində yerləşən Ə.Kürçaylı küçəsi, ev 60-da dəhşətli cinayət hadisəsi baş verib.

Salyan şəhər sakini, 58 yaşlı Ələkbər Fərhad oğlu Hüseynov həmin evdə keçmiş həyat yoldaşı Mirqubət Hüseynovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı ailənin yeganə oğlu evdə olsa da, Ə.Hüseynovun anasını öldürməsinin qarşısını ala bilməyib. Oğlu anasının cəsədini yanan evdən çölə çıxarıb.

Qeyd edək ki, Ələkbər Hüseynov həyat yoldaşı ilə boşandığından başqa yerdə , qətlə yetirilən qadın isə oğlu ilə birgə Ələkbər Hüseynovun atadan qalma evində yaşayırmışlar. Cinayətin törədildiyi mənzil üstündə xeyli vaxtdır ki, Hüseynovlar ailəsində məhkəmə çəkişmələri yaşanırdı.

Faktla bağlı cinyət işi qaldırılıb.(virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm