Kriminal
Bakıda film kimi hadisə - Patrul avtomobilini vurdu, polisə xəsarət yetirdi
Daxili İşlər Nazirliyi Bakıda qaçırdığı avtomobillə bir neçə insident törətmiş və polisə hücum edən şəxs barəsində məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər vürir ki, Abşeron rayon sakini Ə.Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin aprelin 17-də saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili də vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib.
Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonunun “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobili qaçıranın əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.
Qeyd edək ki, sürücü saxalanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücüm etməyə cəhd edib. Lakin polis əməkdaşların çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib.
Araşdırma zamanı R.Ağabəyovun qaçırdığı avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.
Onu da qeyd edək ki, R.Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları Təhlükəsiz Şəhər Kameraları vasitəsilə lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































