Həbsdə olan icra başçısından XƏBƏR VAR - Məhkəmə qərar verdi
Bizi izləyin

Kriminal

Həbsdə olan icra başçısından XƏBƏR VAR - Məhkəmə qərar verdi

Bakı Apelyasiya Məhkəməsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apelyasiya şikayətinə baxılıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Hakim Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı olmuş, sonradan isə İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində çalışan Məharət Mustafayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Müəyyən edilib ki, M. Mustafayev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm