• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Bakının mərkəzində avtomatlı şəxs tutuldu - FOTO

  • Kriminal
  • 12 Yanvar 2021 10:37
  • 557 Baxış
Bakının mərkəzində avtomatlı şəxs tutuldu - FOTO

Polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərlərində və yaşayış sahələrində odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatına görə, növbəti əməliyyat Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb.

Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxsin ətrafinda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR