Kriminal
Azərbaycanda jurnalisti şantaja görə öldürən şəxslə bağlı YENİ XƏBƏR - FOTO - (YENİLƏNDİ)
Şəmkirdə güllələnmə hadisəsi baş verib.
Şəmkir rayopn prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisə yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonu, Qədimqala kəndində baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Vasif Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
xxx
22.01.20: 21:36
Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb.
Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B. Əliyev Vasif Aslanovu şantaj edirmiş.
Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA