Sumqayıtda qanlı hadisə - Gecə saatlarında bıçaqladı
Bizi izləyin

Kriminal

Sumqayıtda qanlı hadisə - Gecə saatlarında bıçaqladı

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə fevralın 21-də şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Sumqayıt şəhər sakini R.Əbilovun həmin gün saat 2 radələrində “Beton zavod” adlanan ərazidə xuliqanlıq zəminində Ə.Atakişiyevə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əbilov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm