Neftçalada baş verən qətllə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Kriminal

Neftçalada baş verən qətllə bağlı RƏSMİ AÇIQLAMA

İyulun 22-i saat 09 radələrində Neftçala rayonu, Bankə qəsəbə sakini 1989-cu il təvəllüdlü Mirağa Musayevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Neftçala Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata göər, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Famil Baloğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm