Kriminal
Sosial şəbəkələrdə görüntüləri yayılan şəxs həbs edildi - VİDEO
Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən video yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin görüntülər barədə Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb. Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb.
Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.
Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib. Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi
-
Region18:12Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət oldu
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır





































