Magazin1
Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
Audiovizual Şura müğənni Nigar Camalın "Maska" şou verilişində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Publika.az "Yeni Sabah"a istinadla yazır ki, sənətçinin qatıldığı verilişin monitorinqi aparılıb və qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanmayıb.
Qeyd olunub ki, aprelin 5-də saat 21:00-23:24 aralığında İTV-də yayımlanan "Maska” şou proqramının müvafiq buraxılışı təkrar monitorinq olunub:
"Aparılan monitorinqin nəticələrinə əsasən, proqram zamanı səsləndirilən ifadələrin məzmununda qüvvədə olan media qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməyib. Yayım zamanı ictimai maraqlara, habelə qanunvericiliklə qorunan digər hüquq və mənafelərə zidd hər hansı hal aşkarlanmayıb. Qeyd olunanları nəzərə alaraq, mövcud fakt üzrə hər hansı hüquqi məsuliyyət tədbirlərinin tətbiqi üçün əsaslar müəyyən olunmayıb".
Qeyd edək ki, Avroviziya qalibi Nigar Camal "Maska" şouda münsif kimi iştirak edir. O, efirdə iştirakçılardan biri haqqında danışarkən “ərinin orasını-burasını yuyan" sözlərini işlədib.Nigarın bu ifadəsi müğənni Ofelya Şabanova haqqında olub.
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı







.jpg)

.jpg)












.jpg)












.jpg)


