Səhiyyə
Dünyada insanların 95%-nə yoluxan virus belə MƏĞLUB EDİLƏCƏK
Fred Hatç Xərçəng Mərkəzinin alimləri dünyadakı insanların təxminən 95%-nin yoluxduğu Epşteyn-Barr virusuna qarşı terapiyanın yaradılması istiqamətində mühüm addım atıblar. Bu virus bir sıra onkoloji və neyrodegenerativ xəstəliklərin inkişafı ilə əlaqələndirilir.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Reports Medicine" (CRM) jurnalında dərc olunub.
Tədqiqatçılar insan antitelləri istehsal edə bilən genetik modifikasiya olunmuş siçanlardan istifadə edərək, virusun immun hüceyrələrinə yapışmasının və onlara daxil olmasının qarşısını alan yeni monoklonal antitellər yaradıblar. Bu antitellərdən biri "insan" immun sisteminə malik siçanlarda yoluxmanın tamamilə qarşısını alıb.
Bu növ terapiyaların hazırlanmasında əsas problem dərmanın özünə qarşı immun reaksiya yaratmayacaq antitellərin tapılmasıdır. Bunun üçün komanda virusun iki zülalına — gp350 və gp42-yə diqqət yetirib. Birinci zülal virusun hüceyrəyə yapışmasına, ikincisi isə hüceyrə ilə birləşib daxilə nüfuz etməsinə cavabdehdir.
Nəticədə alimlər gp350-ni hədəf alan iki, gp42-ni hədəf alan isə səkkiz antitell müəyyən ediblər. Əlavə analizlər virusun zəif nöqtələrini aşkar etməyə imkan verib ki, bu da vaksinlərin hazırlanması üçün faydalı ola bilər. Yekun eksperimentlərdə gp42-yə qarşı antitel infeksiyanı tamamilə blokladığı halda, gp350-yə qarşı antitel yalnız qismən qoruma təmin edib.
Bu iş xüsusilə orqan və ya sümük iliyi transplantasiyası keçirmiş pasiyentlər üçün böyük əhəmiyyət kəsb edə bilər. İmmunosupressiv terapiya səbəbindən onlarda virusun aktivləşmə riski artır ki, bu da limfomanın ağır formaları olan transplantasiya sonrası limfoproliferativ xəstəliklərin inkişafına səbəb ola bilər. Vaşinqton Universitetindən Reyçel Bender İqnasio qeyd edib ki, belə ağırlaşmalar çox vaxt transplantasiyadan sonra xəstələnmə və ölüm hallarının əsas səbəbi olur. Onun sözlərinə görə, virusun çoxalmasının qarşısının alınması bu halların riskini azalda və müalicə nəticələrini yaxşılaşdıra bilər.
Müəlliflər ehtimal edirlər ki, gələcəkdə antitellər yoluxmanın və ya virusun yenidən aktivləşməsinin profilaktikası üçün, xüsusən yüksək risk qruplarına infuziya şəklində yeridilə bilər. Hazırda komanda növbəti mərhələlər — təhlükəsizliyin yoxlanılması və klinik sınaqların hazırlanması üzərində işləyir.
Hüseyn İbadlı
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
İdman11:20Bu gün dünyanın diqqəti Bakıya yönələcək - UFC turniri başlayır
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video













.jpg)








.jpg)


.jpg)


.jpg)







