Azərbaycanda növbəti AİLƏ FACİƏSİ - Gənc ana və körpəsi öldü - FOTO
Bizi izləyin

Kriminal

Azərbaycanda növbəti AİLƏ FACİƏSİ - Gənc ana və körpəsi öldü - FOTO

"Bu gün də anası 64 sınıq nəticəsində daxili qanaqmalardan dünyasını dəyişdi...Anası ilə danışdığımda "Bircə balam yaşasın..."dedi... Balası isə ölümündən xəbəri olmadığı körpəsini anasına vəsiyyət etdi... 1 həftə içində ikinci ANA ölümü...Hər ikisi ailə münaqişəsi... Hər ikisinə də psixi problemli qadın, gəlin dedilər..."

Publika.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Kəmalə Ağazadə sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, 30 avqustda Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb. Nəticədə 1 yaş yarımlıq körpə anası ilə bərabər ailəyə məxsus 3 mərtəbəli şəxsi binandan yerə yıxılıb və Tahirə yerindəcə dünyasını dəyişib. Gənc ana isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Ağır xəsarətlər alan Aytən Niftəliyeva ötən gecə vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi araşdırılır.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm