Kriminal
Kazanda qadını öldürüb qaçan Ucar sakinindən YENİ XƏBƏR
18.10.2015-ci il tarixdə Rusiya Federasiyası Tatarıstan Respublikası Yutazinski rayon sakini 1937-ci il təvəllüdlü Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq idarəsinin Aznakayevski rayonlararası İstintaq bölməsində başlanmış cinayət işi üzrə istintaq Ucar rayon prokurorluğunda tamamlanıb.
Ucar rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, cinayət əməli Azərbaycan Respublikası vətəndaşı 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.
Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə23 Noyabr 13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?














.jpg)



.jpg)






.jpg)


.jpg)







