Kriminal
"60 milyon manat özümün olub" - Rasim Məmmədovdan ŞOK AÇIQLAMALAR
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Elçin Sadıqovun prosesdə iştirak etmədən iclasın keçirilməsinə etiraz ediblər.
Bildiriblər ki, təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov həbsdə olduğu üçün məhkəmə iclası təxirə salınmalıdır. Hakim qeyd edib ki, digər vəkillərin iştirakı ilə proses davam edə bilər.
Daha sonra təqsirləndirilən şəxs vəkillərin suallarını cavablandırıb.
Rasim Məmmədov bildirib ki, əvvəllər "Azəri-Çıraq-Günəşli" yatağında idarə rəisi olub: "Orada idarə rəisi olan yeganə azərbaycanlı mən idim. "Baku Steel Company"ni almağa imkanım var idi. O vaxt BP-nin nəqliyyat, yemək, insan və yük daşımalarını mənim şirkətlərim həyata keçirirdi. Buna görə də kifayət qədər pulum var idi. 500 min manat qazancım olurdu. Hörmətli hakim, bu arada mən ilk milyonumu 26 yaşımda qazanmışam. "Baku Steel Company" şirkətini aldım. Bundan başqa, digər bir şirkətdən isə əldə olunan 53 milyon manatlıq gəlirin 25 faizi mənə qalmışdı. 2011-ci ildə həmin şirkəti tam aldım. 12,5 milyon manatı aeroportda həmin şirkətin nümayəndələrinə verdim. 4-5 meşok pul idi. 125 kilo edirdi”.
Daha sonra vəkillər Rasim Məmmədova iş adamları Əşrəf Kamilov və Əli Kərimli ilə hansı əlaqələri olduğunu soruşublar.
Belə ki, onlar Rasim Məmmədovun şirkətlərində rəhbər vəzifələr tutublar. Təqsirləndirilən şəxs deyib ki, onlarla yaxın tanışlığı yoxdur: “Əşrəfi bir dəfə Fazil Məmmədovun (Sabiq vergilər naziri - red.) yanında görmüşəm. Onun yaxın dostudur. Əli Kərimlini isə ümumiyyətlə tanımıram. Mən onlardan hər hansı tapşırıq almamışam. Onlar “Baku Steel Company”nin fəaliyyətinə hər hansı maddi yardım etməyiblər. Pulu var idi onların? Mən Abdulbari Gözəlin bankı "Azərbaycan Sənayə Bank"ından kredit götürmüşəm və iş görmüşəm".
Rasim Məmmədov şirkətin rəhbəri olduğu müddətdə daim qazanc əldə etdiklərini deyib: “Şirkət 10 ildə 220 milyon manat qazanc əldə edib. Talama varsa, qazanc necə ola bilər? “Baku Steel Company”də işlər mənə gəlib çatana kimi 40 nəfərdən keçir. Mən malları bilərəkdən baha qiymətə göstərsəm, bunu həmin adamlar bilərdi. Orada nüfuzlu adamların qohumları çalışır. Yeyinti olsa, gizlətmək mümkün olmazdı. Mənə deyirlər metalı baha qiymətə almısan, tonunu 450 manata almışam da. Bu gün “Baku Steel Company” 520 manata alır”.
İş adamı deyib ki, onun dəftərdə qeyd etdiyi 60 milyon manat özünə məxsusdur: “Həmin pul özümün olub. Çünki şirkətin pullarının 4-5 yerdə qeydiyyatı aparılır. Orada "pul silmək" mümkün deyil. İstintaq zamanı mənim borcum olmasa da, boynuma qoyulduğu üçün “Azəri Steel” şirkətinin 10 milyon manat kredit borcunu ödədim. Əvvəl işçim olmuş, pul oğurladığı üçün vaxtilə qovduğum adama 3 milyon manat, əlavə olaraq başqa bir işlə bağlı 9,8 milyon manat pulu mənə ödətdiriblər."
Rasim Məmmədovun vəkilləri deyib ki, Dövlət Gömrük Komitəsindən rəsmi sorğu verərək “Baku Steel Company”nin xarici satışları ilə bağlı bütün məlumatları alıblar. Həmin məlumatlar məhkəməyə təqdim edilib.
Növbəti proses sentyabrın 19-da davam edəcək.
Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb. (Teleqraf.com)
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI