İkisini evdə, ikisini də qəbiristanlıqda qətlə yetirdi - - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bizi izləyin

Kriminal

İkisini evdə, ikisini də qəbiristanlıqda qətlə yetirdi - - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Bəyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.

Publika.az xəbər verir ki, bildirilir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:

Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;

Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;

Quluzadə Amin Nadir oğlu – 26 yaş;

Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

xxx

23:24

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.

Publika.az xəbər verir ki, bildirilir ki, tərəflər arasında mübahisə yol üstündə olub.

Qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.

xxx

Beyləqanda bir ailənin 4 üzvü öldürülüb.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm