Kriminal
Keçmiş kürəkən qayınatasına 6 bıçaq zərbəsi yetiribmiş...

Biləsuvarda bu gün qəsdən adam öldürməyə cəhdlə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az "Report"a istinadla xəbər verir ki, bu gün saat 16:35 radələrində Biləsuvar rayonu Nəsimi kənd sakini Almasov Azad Xeyrulla oğlu qarının ön divarının, ətrafların çoxsaylı və döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Aparılan ilkin araşdırma ilə müəyyən olunub ki, Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinə daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Sonra E. Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görüb oradan qaçıb.
A. Almasov rayon xəstəxanasına çatdırılıb, hazırda əməliyyat olunur və həyati təhlükəsi var.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Almasov Azad Xeyrulla oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO