Türkiyədə xüsusi ƏMƏLİYYAT: Cinayətkar dəstə üzvləri belə saxlanıldı - VİDEO
Bizi izləyin

Kriminal

Türkiyədə xüsusi ƏMƏLİYYAT: Cinayətkar dəstə üzvləri belə saxlanıldı - VİDEO

Türkiyənin Balıkəsir vilayətində həyata keçirilən “KAFES-34” əməliyyatlarında Gökhan Kuşun rəhbərlik etdiyi mütəşəkkil cinayət qrupu zərərsizləşdirilib. Əməliyyatlar zamanı təşkilatın lideri də daxil olmaqla 13 şübhəli yaxalanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

"Balıkesir Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan əməliyyat nəticəsində Gökhan Kuşun rəhbərlik etdiyi mütəşəkkil cinayət qrupu saxlanılıb. Onların cinayət törətmək üçün təşkilat yaradaraq qarət, yığım və sələmçilik yolu ilə haqsız üstünlük əldə etdikləri, hədə-qorxu gələrək yaşayış yerlərini gülləbaran etmələri, qəsdən adam öldürməyə cəhd etdikləri aşkarlanıb, - nazir qeyd edib.

Əməliyyatlar nəticəsində 6 ədəd sənədsiz silah və müxtəlif miqdarda narkotik vasitə ələ keçirilib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm