Kriminal
Keçmiş müdirim qızımın görüntülərini yayıb - Bakıda qəribə hadisə
Bu günlərdə Yasamal Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub.
Publika.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəməyə müraciət edən Nuranə Məmmədova (ad-soyadlar şərtidir) əvvəllər işlədiyi gözəllik salonunun rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
O bildirib ki, daha öncə Tünzalə Səmədovanın rəhbərlik etdiyi salonda 1 il 4 ay ərzində dırnaq ustası kimi çalışıb. Lakin sonradan əmək münasibətləri pozulub. Belə ki, Türkiyədən idarə edilən "İntizar Toklu" adlı sosial şəbəkə səhifəsində Nuranə və otaq yoldaşı Nərgizin şəxsi həyatına dair görüntülər yayılıb. Həmin materiallarda hər iki qızın cinsi azlıq nümayəndəsi olması, birgə yaşaması və sair iddia edilib.
Məhkəməyə müraciət edən şikayətçi həmin görüntü və məlumatların "İntizar Toklu" adlı istifadəçiyə keçmiş rəhbəri Tünzalə tərəfindən ötürüldüyünü, şərəf və ləyaqətinin alçaldıldığını iddia edib.
Yasamal Rayon Məhkəməsində keçirilən iclasda cavabdeh tərəfin nümayəndəsi xüsusi ittiham qaydasında edilmiş şikayətdə prosessual pozuntuların olmasını irəli sürərək icraata qəbul olunmamasını xahiş edib.
Məhkəmə prosessual qaydalardakı çatışmazlıqları nəzərə alaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə irəli sürülmüş xüsusi ittiham qaydasındakı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarıb.
Şikayətçiyə apellyasiya instasiyasına müraciət edə biləcəyi bildirilib.
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız















.jpg)
.jpg)





















