Kriminal
Gəncədə narkokuryerdən 20 kq-dan çox heroin aşkarlandı - FOTO
![](https://publika.az/storage/2024/06/27/narko.jpg?v1719719491)
Gəncədə saxlanılan narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Rafael Zeynalov saxlanılıb. Ondan 20 kq 755 qram “heroin” aşkar edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib.
Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
![](https://publika.az/storage/2024/06/27/narko1.jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Magazin206:16
ŞOK İDDİA: Ben Afflek və Cenifer Lopez ayrılıblar?
-
MDB04:44
Yandırılmış "Crocus City Hall"la bağlı YENİ XƏBƏR
-
Magazin103:43
Həbsdə olan Rəşad Dağlının yeni mahnısı çıxdı - VİDEO
-
Səhiyyə03:13
SEKSİN DÜŞMƏNLƏRİ: bu qidalar bütün arzuları öldürür
-
Sosial02:12
Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA
-
Sosial01:51
Bakıda gecəyarısı söküntü işləri: qadını evindən sürükləyərək çıxardılar - VİDEO
-
İdman01:30
Almaniya növbəti 1/4 finalçı oldu - VİDEO/YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni zirvələr fəth edə bilərsiniz