Kriminal
Süni aparat pasiyentin qida borusuna qoşuldu, xəstə öldü
Qəbələdə əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Vahid Babayevin cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti məhkəmə prosesi yekunlaşıb.
Publika.az Report-a istinadla xəbər verir ki, ittihama görə, bu il yanvarın 14-də İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib.
Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.
Əməliyyat zamanı V. Babayev intubasiya borusunu nəfəs borusu əvəzinə qida borusuna salıblar.
Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.
V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qəbələ Rayon Məhkəməsinin hökmü V. Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
V. Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmənin hökmdən müdafiə tərəfi şikayət verib.
Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.
-
Yaxın Şərq11:57SEPAH İsraili hədələdi: 2000-ci ildəki kimi olacaq
-
MDB11:32Rusiya bazarını balıqla bu üç ölkə doldurur - Azərbaycan da var
-
Sosial11:12Virtual təhlükə: Kiberbulinq, asılılıq və diqqət problemi gələcəyimizi necə məhv edir?
-
Dünya11:00Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
-
Sosial10:24Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar - FOTO
-
MDB09:48Lukaşenkonun “qarpız batalyonu": Belarus lideri 22 yaşlı modellə eşq yaşayır? - FOTO
-
Sosial08:57Partlayış səsləri eşidiləcək - Təşvişə düşməyin!
-
Nəqliyyat07:35Bakı sakinlərinə sevindirici xəbər - Video








.png)


_(1).png)









.jpg)















