Kriminal
Polis Bakıda evə silahlı basqın edən şəxsi zərərsizləşdirdi
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.
Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.
Müəyyən edilib ki, zərərsizləşdirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğludur.
Hadisə yerindən “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
-
İdman22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin120:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi



















.jpg)
.png)


.jpg)

.jpg)











