İki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? - “Neftçi”nin baş məşqçisi
Bizi izləyin

İdman

İki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? - “Neftçi”nin baş məşqçisi

İki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? - “Neftçi”nin baş məşqçisi

Bu gün “Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Belarus) ilə qarşılaşıb. “Palms Sports Arena”da baş tutan duel saat 20:00-da başlayıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb:

– Meydanda sanki toplanışdan yeni geri qayıtmış yox, avrokuboklarda uzun yol qət edib, yorğun “Neftçi” görünürdü. Nəyə görə bu qədər yorğun görünürdünüz?

– İlk növbədə, sizi Milli Mətbuat günün münasibətilə təbrik edirəm. Mənə bu suala cavab vermək çətindir. Hansısa komanda ilk 15-20 dəqiqə tam üstün olursa, iki qol vurursa, bundan sonra hər şey dəyişir. Ötürmələrdə səhvlər edirdik, rəqibə şərait yaradılırdı ki, hücuma keçib hədəflərinə çatsınlar. Xüsusilə də, dəyişiklik 20-ci dəqiqədə Balayevin çətin qrutarışından sonra oldu. Dərhal zədələndi. Oynamağa davam etdi, dayandı. Yəqin ki, bunun da təsiri oldu ki, birinci qolu buraxdı. Fasiləyə 2:1 üstün yollandıq. Fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə idi. İkinci hissədə ikinci qolu buraxdıq. Qollar hamısı səhvlərin nəticəsində idi. Bir az da vaxt keçdi, yenə qol buraxdıq. Uzun ötürmə oldu, necə oldusa, növbəti qol buraxdıq. Sonra oynadıq, ən azı 2-3 qol epizodumuz var idi. Emil Səfərov və Rüfət Abbasovda qol epizodları oldu. Oturub təhlil edəcəyik oyunu, nəticələr çıxarmaq lazımdır. Futbolçular haqda danışmaq istəmirəm. Birinci növbədə mənim günahımdır. Çünki baş məşqçiyəm. Özüm özümlə məşğul olmalıyam.

– Avrokuboklardan kənarda qalsanız, “Neftçi” ilə yollarınızı ayıra bilərsiz?

– (Gülür) Siz düşünürsüz ki, iki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? Mən fərqli düşünürəm. “Neftçi” tarixi klubdur. İdmandır da, birinci məğlubiyyətdən sonra “istefa verəcəksiz ?”deyilməsini, görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Cavab oyunumuz var qarşıda. Uda da bilərik. Sizə gülməli gələ bilər, mümkündür. “Dinamo” özü “Sielks”ə uduzdu, sonra uddu. Birinci oyunda uduzanda onların baş məşqçisinə deməmişdilər ki, istefa verirsiz? Bu sualların verilməsi korrekt deyil. İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin.

– Azarkeşlərə nə demək istəyərdiz?

– Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman hər yerdə qalib gəlir. Sizin də öz işinizdə xətalarınız olur, dərhal işdən çıxarmaq lazım deyilki.

– Nəyə görə 10 dəqiqədən sonra yarımmüdafiə xətti yox idi “Neftçi”də? Klisman və Emin nə işə baxmalı idilər? Necə pressinq etməli idilər, komanda pressinq edirsə, 2:0-dan sonra öz meydanında qarşıladı?

– Bu barədə çox danışmaq olar. Sadəcə birinci oturub oyuna baxmaq lazımdır. Görməliyik ki, bizdə nə alınmadı. Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Çox çətindir. Yuxu alıb, ayıq başla analiz etmək lazımdır. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm