Ekologiya
Balıqlara yoluxucu xərçəng diaqnozu qoyuldu
Alimlər balıqlarda yayılan onkoloji xəstəliyin infeksion xarakter daşıdığını müəyyən ediblər. Bu, heyvanlar arasında yoluxucu xərçəngin cəmi dördüncü nümunəsidir.
Publika.az xəbər verir ki, kəşflə bağlı məqalə "Nature" jurnalında dərc olunub.
Qalan üç nümunə itlərdə venerik şiş, Təsmaniya divlərini (Sarcophilus harrisii) təhdid edən iki müstəqil xərçəng xətti, eləcə də ikitaylı molyusklarda, o cümlədən Veneridae fəsiləsinə daxil olan növlərdə, ürəkçəkən molyusklarda və midiyalarda rast gəlinən bir çox müstəqil şiş budaqlarından ibarətdir.
Hələ 2012-ci ildə balıqçılar və təbiətşünas bioloqlar ABŞ ilə Kanada sərhədindəki Memfrəməqok gölündə yaşayan Amerika (cücə) balıqlarında (Ameiurus nebulosus) tünd-göy dərili yenitörəmələr müşahidə etməyə başlayıblar. Daha sonra məlum olub ki, su hövzəsindəki balıqların təxminən üçdə birində bu xəstəlik mövcuddur.

Tədqiqatın aparıcı müəllifi, Vermont Universitetinin məlumat analitiki Culi Draqonun sözlərinə görə, dərindəki zədələr melanomadan ibarətdir, eləcə də "şiş üstündə şişlər" və beyində, qaraciyərdə və digər organdarda metastazlara rast gəlinir.
Onun sözlərinə görə, bu melanomanın sağlamlığa təsiri hələlik qeyri-müəyyəndir, çünki şişlər həm gənc, həm də yetkin fərdlərdə əmələ gəlir.
"Balıqların tələf olduğunu göstərən yaş statistikasına dair kəskin dəyişiklik sübutlarımız yoxdur", - Draqon əlavə edib.
Ehtimal olunan səbəblər arasında çirklənmə və viral infeksiya göstərilirdi. Lakin müxtəlif fərdlərdən götürülmüş şiş hüceyrələrinin DНК sekvensiyası onların ortaq genetik əlamətlərə malik olduğunu açıq şəkildə göstərdi.
Sietldəki Sakit Okean Şimal-Qərb Tədqiqat İnstitutunun bioloqu Maykl Metsger başqa bir yoluxucu xərçəngin tapılmasına təəccüblənmədiyini, lakin bunun şirin su növündə baş verəcəyini gözləmədiyini bildirib. Metsgerin qrupu müəyyən edib ki, dəniz ikitaylı molyusklarının yoluxucu şiş hüceyrələri duzlu suda bir neçə gün yaşaya bilir (bu da sərbəst üzən hüceyrələr vasitəsilə yayılma nəzəriyyəsini təsdiqləyir), lakin şirin suda dərhal məhv olur. O, balıqların birbaşa təması nəticəsində də yoluxma baş verə biləcəyini istisna etməyib.
İtlərin və Təsmaniya divlərinin şişlərini öyrənən Kembric Universitetinin genetik Mütəxəssisi Elizabet Mörçison hesab edir ki, digər bir yoluxucu xərçəngin aşkar edilməsi bunun nadir hadisə olmadığını və "oxşar xəstəliklərin çox güman ki, daha çox olduğunu" göstərir.
Balıqların melanoması son məlumatların göstərdiyindən daha qədim və geniş yayılmış ola bilər – alimlər ədəbiyyatda, o cümlədən əsrin əvvəllərinə aid mənbələrdə oxşar xəstəliklərə dair qeydlərə rast gəliblər.
Bundan əlavə, balıqların yoluxucu xərçəngi yalnız Memfrəməqok gölü üçün xas olan xüsusiyyət deyil. Draqon hazırda həvəskar balıqçılıq saytlarını nəzərdən keçirir və artıq "bu xəstəliyə çox bənzəyən" zədələri olan balıqların şəkillərini görüb.
Hüseyn İbadlı
-
Magazin123:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin120:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI


















.png)


.jpg)

.jpg)












