İsraildə Türkiyə xəbərdarlığı: Hazırlıqlı olun, dənizə çıxış kəsilə bilər
Bizi izləyin

Dünya

İsraildə Türkiyə xəbərdarlığı: Hazırlıqlı olun, dənizə çıxış kəsilə bilər

İsraildə Türkiyə xəbərdarlığı: Hazırlıqlı olun, dənizə çıxış kəsilə bilər

Türkiyənin artan hərbi gücü və regional təsiri İsrail mətbuatında geniş müzakirə olunub.

Publika.az xəbər verir ki, İsrailin “Israel Hayom” və “ICE” nəşrlərində dərc olunan təhlillərdə Təl-Əviv rəhbərliyinə Türkiyənin artan təsirinə qarşı hazırlıqlı olmaq çağırışı edilib.

Təhlillərdə Türkiyənin Yaxın Şərq və Şərqi Aralıq dənizində nüfuzunu artırdığı, regional proseslərdə daha fəal rol oynadığı və müdafiə sənayesini gücləndirdiyi vurğulanıb.

İsrailli ekspert Kobi Mişel Türkiyənin İsraillə birbaşa müharibə istəmədiyini, əsas məqsədinin isə İsraili təcrid etmək və zəiflətmək olduğunu iddia edib. Onun sözlərinə görə, Ankara Livan və Suriya başda olmaqla Yaxın Şərqdəki münaqişə bölgələrində təsirli aktora çevrilib, həmçinin Misir və Pakistanla əlaqələrini gücləndirib.

İsrailli istefada olan polkovnik Gabi Siboni isə Türkiyənin güclü dəniz potensialına diqqət çəkərək, Ankaranın istəməsi halında İsrailin dənizə çıxışını kəsə biləcəyini iddia edib. O, İsrail ordusunun gələcək əməliyyat planlarında Türkiyə faktorunu nəzərə almalı olduğunu bildirib.

ICE-nin təhlilində isə Türkiyənin dənizçilik sahəsində atacağı mümkün addımların Aralıq dənizində İsrail Müdafiə Qüvvələri ilə birbaşa gərginliyə səbəb ola biləcəyi qeyd edilib. Bu ehtimala qarşı İsrailin ABŞ istehsalı olan “Boeing P-8 Poseidon” dəniz patrul və kəşfiyyat təyyarələrini əldə etmə imkanını nəzərdən keçirdiyi bildirilib.

Təhlillərin ortaq nəticəsinə görə, Türkiyənin müdafiə sənayesi, dəniz gücü və regional nüfuzundakı artım İsrailin təhlükəsizlik planlaşdırılmasında getdikcə daha böyük əhəmiyyət daşıyır. İsrailə hərbi hazırlıqlarını artırmaq, xarici tədarükdən asılılığını azaltmaq və yeni regional ittifaqlar qurmaq tövsiyə olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm