Kriminal
Tələb etdiyi fidyəni cərimə kimi ödədi: Şagirdi qaçıran şəxsə hökm oxundu
Rusiya Federasiyasının Kaluqa vilayətində məhkəmə 2023-cü ildə Kozelskdən olan səkkiz yaşlı məktəbli qızı qaçıranlardan birini səkkiz il müddətinə ciddi rejimli koloniyaya məhkum edib.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı ("Oğurluq") və 163-cü ("hədə-qorxu ilə tələb etmə") maddələri ilə təqsirli bilinib. O, cinayət ortaqları barədə də ifadələr verib. Məhkumdan 1000000 rubl (bir milyon) məbləğdə pul alınaraq qaçırılan qızın və anasının xeyrinə ödənilib.
Xatırladaq ki, 30 noyabr 2023-cü ildə Kozelskdə ikinci sinif şagirdi məktəbdən evə qayıdarkən qaçırılıb. O, məktəb avtobusundan düşüb sinif yoldaşları ilə gedib. Sonra onlardan ayrılıb və evlərinə doğru hərəkət edib. Axşama doğru valideynlər qızın evə gec gəlməsindən şübhələnib və axtarışa başlayıblar. Bu zaman anaya bir milyon yarım rubl məbləğində fidyə tələb edən mesaj gəlib.
Polisə şikayət olunduqdan sonra qız tez bir zamanda tapılıb.
Cinayətin iştirakçısına hökm oxunub.
Adəm Abbaslı
-
İdman22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin120:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi



















.jpg)
.png)


.jpg)

.jpg)











