Kriminal
Neftçalada qəribə olay: balta ilə məktəbə gəlib şagirdin anasını təhqir etdi
Neftçalada yerləşən İnteqrasiya təlimli internat gimnaziyasında insident törədən 64 yaşlı kişi həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 13-də baş verib. Neftçala sakini olan 1960-cı il təvəllüdlü İbrahim Kərimovun (soyad şərtidir) sərxoş halda əlində balta ilə məktəbə gedərək orada təhsil alan şagirdlərdən birinin atası olması və uşağın anasının ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmasına dair polisə müraciət daxil olub.
Keçirilən tədbirlərlə İ. Kərimov saxlanılaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Həmçinin məktəbdə təhsil alan şagirdin onun oğlu olmaması müəyyənləşib.
İ. Kərimovdan şikayət edən qadın bildirib ki, İbrahim uzun müddətdir onu narahat edir:
“İbrahimi əvvəldən tanıyıram, 2018-ci ildə evimin həyətində yardımçı tikililər tikdirmək üçün usta axtarırdım. Həmin vaxt mənə İbrahimin yaxşı usta olduğunu dedilər. Mən də İbrahimi çağırıb görüləcək işləri ona göstərdim. Lakin mən hər işdən gələndə İbrahimin iş görmədiyini, içib sərxoş vəziyyətdə yatdığını görəndə onu qovdum, başqa usta gətirərək işləri həmin adama gördürdüm. Həmin vaxtdan sonra İbrahim gecələr gizlin şəkildə həyətimə keçərək işıqları söndürürdü, mənə ziyan vururdu ki, görüləcək işi ona verim. 2018-ci ildə İbrahim bizə gələn qonağın avtomobilini yaşadığım fərdi yaşayış evinin həyətində yandırdığına görə 4 il azadlıqdan məhrum edildi. 2022-ci ildə həbsdən çıxandan sonra mənə bir-iki dəfə zəng etsə də, ona cavab vermədim. Bu barədə Neftçala RPŞ-yə ərizə ilə müraciət də etmişdim.
Azyaşlı oğlum Neftçala şəhəri İnteqrasiya təlimli internat gimnaziyasında oxuyur. Hər gün məktəbə gedərək övladımı götürüb evə aparıram. İbrahim haradansa mənim internat məktəbinə getməyimi öyrənib. Məktəbin gözətçisi mənə bildirdi ki, İbrahim əlində balta ilə məktəbin giriş qapısına gələrək məni soruşub. Xoşagəlməz hadisələrin baş verməməsi üçün İbrahimin hərəkətləri barədə Neftçala RPŞ-yə ərizə ilə müraciət etdim. İbrahim barəmdə “yüngül həyat tərzi keçirən qadındır” kimi danışıb, xahiş edirəm həbs edilsin”.
İ. Kərimov barəsində toplanmış materiallar Neftçala Rayon Məhkəməsinə göndərilib. Məhkəmə saxlanılan şəxsə 8 sutka inzibati həbs cəzasının verilməsinə qərar verib.
Turqut Seyidov
-
Dünya19:12
Qayınatadan DƏHŞƏTLİ ƏMƏL: qızını xaricə bal ayına aparmayan kürəkənin...
-
Ekologiya18:40
Balıq sevənlərə ŞAD XƏBƏR - Yeni bazarlar salınacaq
-
Hadisə17:49
Bakıda məşhur şirkətdə faciəli hadisə - Fəhlə öldü
-
Rəsmi xronika17:25
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Kriminal17:05
Azərbaycanda mağaza sahibi ondan şikayət edən müştərini öldürdü
-
Sosial16:35
Məktəbdə zəhərlənənlərin sayı 71-ə çatdı - YENİLƏNDİ/VİDEO
-
MDB15:40
Putindən Qərbi çaş-baş salacaq çağırış: Gəlin mərc edək ki...
-
Qoroskop15:16
Ən dələduz 5 bürc: Hamını aldatmağı bacarırlar