Dəb
Londonda Afrika modası - FOTO
Britaniya paytaxtı London "Africa Fashion Week London" moda həftəsinə ev sahibliyi edir.
Dizayner Mary Martinin işlərinə ötən ay amerikalı ovçu tərəfindən öldürülmüş Cecil adlı məşhur Zimbabve şirinin obrazı təsir edib. Mary Martin (ortada) BBC aparıcısı ilə söhbət edir. Fotomodel Tasha geyimlərində ənənəvi Keniya parçalarına üstünlük verən "Njema Helena" Moda evinin donunu nümayiş etdirir. Model Danubia göy, ağ və qara rəngli naxışlı donda. O, Nigeriyanı təmsil edən Needlepoint Women Moda Evinin geyimini sərgiləyir. Donun yaxası zərif detalları ilə seçilir. Nathalie Nigeriyada toy geyimləri hazırlayan Athena Bride Moda Evinin donunda. Moda sərgisininin təşkilatçılarından Odette Steele (solda) fotomodel Maggie Smith (ortada) və Nathalie (sağda) ilə birlikdə Athena Bride modelyerlərinin donlarında. Model Maggie Smith-in nümayiş etdirdiyi don qırmızıya rənglənmiş lələklərlə bəzədilib. Geyim Cənubi Afrikanın Beach Cult Moda Evinin məhsuludur. İki gün keçirilən "Africa Fashion Week London"-un təşkilatçıları bildirirlər ki, sərgi Avropada Afrika modasına həsr edilmiş ən iri tədbirdir. 2011-ci ildən bəri təşkil edilən tədbirdə 300-dək afrikalı və başqa ölkələrdə mənzillənən diaspora nümayəndələrinin yaradıcılığı nümayiş etdirilib.
Oxumağa davam et
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri