Dəb
“Prada” yeni kolleksiyası ilə modapərəstləri heyrətləndirdi - FOTOLAR
Milan moda həftəsində “Prada”-nın yeni yaz-yay kolleksiyası dəbsevərlərə təqdim olunub. Publika.az xarici mətbuata istinadən bildirir ki, Miuçça kolleksiyanın finalındakı ənənəvi çıxışını ailə vəziyyəti ilə əlaqədar olaraq edə bilməyib. Lakin dizaynerin yeni kolleksiyası Milan dəb həftəsinin əsas müzakirə mövzusu olub. Parlaq rənglər və aksessuarlar ilk baxışdan diqqət çəkib.
Kolleksiyadan görünür ki, Miuçça müştərilərini necə təəccübləndirəcəyini yaxşı bilir. Dizayner 90-cı illərin dəbinə qayıdaraq minimalizmdən uzaq kolleksiya yaradıb. Hətta podiumda görünən modellərin qızılı dodaqları və göz makiyajı da işıq saçıb. Yeri gəlmişkən, onu da vurğulayaq ki, makiyaj modellərin qulaqlarını bəzəyən nəhəng sırğaların işıqlandırma xüsusiyyətləri nəzərə alınaraq edilib. Bundan başqa, kolleksiya qarmaqarışıq qrafik elementlər, şəbəkələr və konstruksiyalarla zəngin olub. Çiyinlərə taxılan şəbəkə şəklində torlar isə olduqca maraqlı görünür. Əlbəttə ki, “Prada”-nın bəyənilən çantaları və ayaqqabıları gələn baharda aktual olacaq.
Ümumilikdə isə, kolleksiya retro-eklektizm tərzində alınıb.
Aytən
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO