Gənc modelyerlər mükafatlandırıldı - FOTOLAR
Bizi izləyin

Dəb

Gənc modelyerlər mükafatlandırıldı - FOTOLAR

Ötən axşam Nyu-Yorkda Amerika Dizaynerlər Şurası ilə " Vogue" jurnalı 12-ci dəfə moda sənayesi sahəsində ən uğurlu gənc modelyerləri mükafatlandırıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə dizaynerlərlə yanaşı, Hollivudun məşhur simaları Demi Mur, Amanda Seyfrid, Anna Vintur, Rikardo Tişi də iştirak ediblər.

 

Dizaynerlər Şurası bu il birinci yer və həvəsləndirici mükafat əvəzinə, bərabərhüquqlu qaliblər seçmək qərarına gəliblər. Qazananlardan biri "Brother Vellies" ayaqqabı brendinin dizayneri Aurora Ceyms, digəri gündəlik geyim istehsalı ilə məşğul olan "Gypsy Sport"un kreativ dizayneri Rio Uribey, eləcə də dizayner Conatan Simkaydır. Onların hər birinə öz geyim sənayesinin inkişafı üçün 300 min dollar ayrılıb və qaliblərə peşəkar dizaynerlər tərəfindən pulsuz məsləhətlər verilib.

 

Aytən 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm