Dəb
Sevimli rəngin nəfis çalarları – FOTOLAR
Gözəl paltar xanımı daha incə, zövqlü və cazibədar göstərir. Qadın qüsursuz görünəndə dünyanın ən xoşbəxt insanı olur... Bəs romantik görüşə, toya, ya da hər hansı önəmli gecəyə qatılarkən qüsursuz görünmək üçün hansı rəngdə paltara üstünlük vermək lazımdır?
Bənövşəyi rəng istənilən məkan üçün ideal seçim olmaqla yanaşı, mövsümün tendensiyasıdır. Yasəmən həm diqqətçəkən, həm də ağır və sanballı rəngdir.
Publika.az bənövşəyinin çalarlarına aid bir neçə ziyafət libası seçib.
Elə bir adam tapılmaz ki, bu rəngdən imtina etsin. Çünki bu rəng özünüz haqqında təsəvvürü dəyişir və əhval-ruhiyyəni qaldırır. O, qarabuğdayılara və sarışınlara eyni dərəcədə gözəl yaraşır. Dizaynerlər yeni kolleksiyaların yaradılmasında mütəmadi olaraq bu rəngə müraciət edir.
Psixoloqlar hesab edir ki, bənövşəyi depressiya ilə assosiasiya olunur. Lakin dünya ulduzlarının obrazlarına nəzər salanda bu fikirlə razılaşmaq olmur.
Qırmızı xalı üzərinə çıxan Hollivud gözəlləri də tez-tez bənövşəyi rəngə müraciət edir. Məsələn, Haydi Klum tünd bənövşəyi ziyafət libası ilə daim diqqət mərkəzindədir. Bu libasda o, yasəmənin sarışınlara necə gözəl yaraşdığını sübut edib. Tədbirdə fotoqraflar uzun müddət onu buraxmaq istəməyib. Bir sözlə, bənövşəyi möhtəşəm tədbir üçün əla seçimdir.
Keyt Middlton da vacib görüşlər üçün bu rəngi seçir. “Dolce & Gabbana”-dan olan krujevalı bənövşəyi paltar isə ona çox gözəl yaraşır. Model, rəng, biçim - hər şey dəqiq ölçülüb-biçilib. Əsl hersoginyadır!
Gözəl Cennifer Lourens bu yaxınlarda geyindiyi bənövşəyi paltarda ciddi və əlçatmaz görünürdü.
Kira Naytli isə hamiləlikdə tədbirlərin birinə bənövşəyi ziyafət libasında gəlmişdi. Sadəliyi və səmimiliyi ilə seçilən aktrisa bu paltarda, xüsusilə, gözəl görünürdü.
Aytən
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO