Dəb
Nəvənizə miras qoya biləcəyiniz 6 çanta modeli
Kimsə sərvətini daşınmaz əmlaka və ya torpağa, digərləri isə əsl sənət əsəri hesab olunan çantalara xərcləyir. Məsələn, dünyada ən çox üstünlük verilən lüks marka çantalar uzunömürlü olduğu üçün qadınlar arasında ağıllı investisiya sayılır. Çünki bütün qadınlar çantanın geyimdə və qarderobda necə vacib rol oynadığını gözəl bilir.
Yeri gəlmişkən, bu investisiyalar illər keçdikcə öz dəyərini daha da artırır. Üstəlik, öz aktuallığını da heç zaman itirmir. “Chanel”, “Louis Vuitton” kimi moda evlərinin çantaları geyim tərzinizin də baş qəhrəmanı olmağa iddialıdır.
Publika.az bu yazıda nəvənizə miras qoyub gedəcəyiniz 6 çanta modelinin siyahısını tərtib edib.
Louis Vuitton
“Louis Vuitton”-un sənətkarlığı və keyfiyyəti ilə seçilən çantaları ildən-ilə öz populyarlığını daha da artırır. Marka loqotipi və xüsusilə, “Speedy” modeli ilə tanınır.
Bu çantanın 3 ölçüsü var: “Speedy 25”, “Speedy 30” və “Speedy 35”. Ən çox üstünlük verilən modeli isə “Speedy 30” modelidir. “L.Vuitton” əsasən, lüks səyahət markası kimi daha çox məşhurdur. Bu çantaya sahib olanlar yüngül, yığcam, rahat çantaları ilə, sözün əsl mənasında, öyünürlər.
Hermes
“Hermes" ən qədim tarixi olan lüks brendlərdən biridir. Dünyada onun çantasına sahib olmaq istəməyən qadın yoxdur. Ciddi, xoşagəlimli forma və ölçüyə malik olan praktiki “Hermes” çantalarını bütün modapərəstlər yüksək qiymətləndirir. Moda evi çantaları ekzotik və nadir heyvanların dərisindən hazırlandığı üçün dünyada ən bahalı çanta markalarından biri kimi tanınır. Çantalar təcrübəli ustaların əl işinin nəticəsidir və bu da məhsulun qiymətinə təsir edən əsas faktorlardan biri sayılır. Hər bir çantanın hazırlanmasına 48 saata sərf olunur. Ən çox arzu edilənlər arasında yer alan “Hermes” çantaları bu gün sosial status və imtiyazı vurğulayan önəmli detaldır.
Chanel
Dəbdə inqilab yaradan Koko Şanel qadınlara sadə və rahat geyinməyi təbliğ edirdi. Ən önəmlisi isə bu aksessuara zəncir əlavə etməklə qadınları çantaları əldə gəzdirməkdən xilas etməsi oldu. Sırıqlı və zəncirli “Chanel 2.55” modeli artıq uzun illərdir ki, zərifliklə sinonim sayılır. Koko Şanelin sırıqlı çantaları bir çox dizayneri ruhlandırdığı üçün onun bənzərini və daha ucuz versiyalarını təklif edirlər. Təbii ki, “Chanel” in orijinal sırıqlı çantaları 20 il sonra belə, əvvəlki keyfiyyətini itirmir. Bütün bu xüsusiyyətlərinə görə, sırıqlı çantalar vintaj kateqoriyasına aid olunur. Qolunda elə bir çantası olan hər bir xanım özünəinamlı olur.
Gucci
Unudulmaz stil ikonaları Odri Hepbern və Qreys Kelli “Gucci” çantalarının pərəstişkarları idi. Sözügedən moda evinin çantaları yüksək keyfiyyətli parça və dəridən istehsal olunur, hər bir stilə uzlaşdığı üçün klassikaya çevrilə bilib.
Fendi
İtalyan brendi “Fendi”nin “Peekaboo” çanta modeli ilk dəfə 2009-ci ildə satışa çıxarılıb. Yaranmasından az zaman keçməsinə baxmayaraq, modapərəstlərin rəğbətini qazana bilib. Bəzi dəbpərəstlər çantanın içindəki maraqlı tərtibatın görünməsi üçün onu açıq halda gəzdirməyə üstünlük verir.
Celine
Bu gün “Celine” çantaları bazarda liderlik edir. Moda evi yarandığı gündən bu günə qədər çantalarının dəyişməz keyfiyyəti və orijinal dizaynı ilə bütün xanımların qəlbini fəth edib. Markanın çantaları keyfiyyətinə görə “əlçatan Paris cah-calalı” adlandırılır. Onlar dəbdəbə, klassika və funksionallığı özündə birləşdirir. Müasir modapərəstlər bu nüansı layiqli şəkildə dəyərləndirir və onu böyük məmmuniyyətlə gəzdirirlər.
Aytən
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?








.jpg)

.jpg)
























.jpg)

