Dəb
Keyt bu dəfə də qayınanasından ilham aldı - FOTO
39 yaşlı Keyt Middltonun dünən Londondakı “No Time to Die” filminin qala gecəsində dəbdəbəli geyimdə çıxması moda dünyasında səs-küy yaradıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kembric hersoginyası “Jenny Packham” imzalı geyimilə bütün film ulduzlarını kölgədə qoyub. Odur ki, bu gün dəb blogerləri Keytin paltarı haqqında danışır və 1985-ci ildə Şahzadə Diananın “Öldürməyə baxış” filminin premyerasına geyindiyi geyimilə müqayisə edirlər. İnternet istifadəçiləri əmindir ki, Middltonun seçimi təsadüfi deyil və bu yolla Şahzadə Diananın xatirəsini ehtiramı bildirmək istəyir. Yeri gəlmişkən, birinci dəfə deyil ki, Keyt mərhum qayınanasının obrazlarını təkrarlayır.
Əlbəttə ki, libasların kəsimi eyni deyil, Keytin libası biser və muncuqlarla işlənib, Dianada fason büzməlidir. Ancaq şübhəsiz ki, ortaq xüsusiyyətlər var. Məsələn, arındakı naxışları, boyun xəttini və əlbəttə ki, paltarların parlaqlığını qeyd etməyə dəyər.
Xatırladaq ki, Kembric hersoginyasının bu geyimi xüsusi olaraq tikilib - 2,800 funt sterlinq dəyərində olan markanın orijinal modelində papaq hissə yox idi.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































