Dəb
Yayın ən dəbli saç düzümü - FOTO
Üzü çərçivəyə salan iki nazik hippi hörükləri 1960-cı illərin gözəllərini xatırladır. Hippilər bu saç düzümünü dəbə mindirdi, daha sonra 1990-cı illərdə yenidən dəbə qayıtdı.
Publika.az xəbər verir ki, 30 illik fasilədən sonra nazik hörüklər növbəti dəfə lider mövqe tutmağa müvəffəq olub.
O niyə bu qədər məşhurdur? Hər şey elementardır: birincisi, bunu özünüzün təkrarlaması çox asandır, ikincisi, həm gündəlik həyatda, həm də qırmızı xalçada şıq görünür. Üçüncüsü, istisnasız olaraq hər kəsə uyğundur: düz və ya buruq saçlar, qısa və ya uzun - fərq etməz. Dördüncüsü, bu saç düzümünün sonsuz sayda variantı ola bilər.
Saçın öndən bir hissəsini köklərdən başlayaraq maksimum naziklikdə sıx hörün. Saçlarınız təbii olaraq buruqdursa, onları düzləşdirməyin. Hörüyü elastik bir bantla bərkidin və ya heç bir rezinsiz də qala bilər, hər iki versiya məqbuldur. Hörüyün uclarında elastik bir bant istifadə etmək istəmirsinizsə və rezinsiz açılırsa, saç lakından istifadə etmək olar. Bu, qısa zamanda saçlarınızı ram edəcək.
Nazik hörüklərdən sadəcə açıq saçda deyil, toppuz və digər yığımlarda da istifadə edə bilərsiniz. Sadəcə təxəyyülünüzü maksimum dərəcədə işə salın və sınaqdan keçirin.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


