Dəb
Böyük Britaniyada kral ailəsində matəm ənənəsi - FOTO
Dünən II Elizabetin cəsədi olan tabut Şotlandiyadan Bukingem Sarayına gətirilib. Böyük Britaniya kraliçası sentyabrın 8-də yay iqamətgahında vəfat edib və o vaxtdan onun cənazəsi Edinburqdadır.
Publika.az xəbər verir ki, yaxın bir neçə gün ərzində Böyük Britaniyanın istənilən vətəndaşı sevimli kraliçası ilə vidalaşa biləcək. Onun tabutu dörd gün ərzində ictimai ziyarət üçün Sarayda nümayiş etdiriləcək. Ancaq kral cənazə maşınının ardınca kraliçanı hamıdan birinci ailə üzvləri ziyarət edib.
Fotoqraflar Uelsin yeni şahzadəsi ilə xanımını avtomobildə çəkiblər. Hər ikisi dərin qüssə içindədir. Keyt Middlton zərif qara ansamblı geyinib. O, obrazını II Elizabetin rəsmi qəbullarda və çoxsaylı kadrlarda taxdığı və çox simvolik zərgərlik nümunəsi olan mirvari boyunbağı ilə tammalayıb. Simvolik boyunbağını bir cüt mirvari sırğa bağlayır. Lakin bu bəzək əşyası sadəcə mənəvi dəyər daşımır, həm də protokol atributudur. Kraliça Viktoriyadan qalma ənənəyə görə, matəm zamanı qadınlar mirvari taxmalıdır. Qeyd etmək olar ki, keçən il Şahzadə Filipin ölümündən sonra kraliça özü də mirvari taxmış və ölümünün son günlərinədək onu boynundan çıxarmamışdı. Bu, həyat yoldaşına yas tutan kraliçanın şahzadəyə qarşı sevgi və ehtiram əlaməti idi.
Şahzadə Harri və Meqan Marklın kral ailəsi ilə münasibətləri yaxşı olmasa da, onlar da II Elizabetin tabutu ilə görüşməyə dəvət ediliblər.
Fotoqraflar cütlüyün nadir kadrlarını lentə ala biliblər. Cütlük qara paltarda olub: Meqan pencək, Harri iş kostyumu geyinib.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































