Dəb
Uzun boyunbağılar yazın əsas bəzəyidir - FOTO
Biz trendlərin müxtəlifliyindən hər zaman zövq alırıq. Yalnız bir trendin diktə etdiyi dövrlər çoxdan geridə qalıb. İndi dəb arenasında ultraminilər, A-kəsimli zərif midilər, Meri-Ceyn baletkalar, itiburunlu dikdabanlar, krujeva və məxmər çokerlər, həmçinin uzun zəncirli boyunbağılar eyni dərəcədə aktualdır.
Publika.az xəbər verir ki, iri kulonu olan uzun zəncirlər ən son trendlərdən biridir və onlar gələcək yaz-yay mövsümünün əsas hitinə çevriləcəklərini vəd edirlər.
Uzun müddətdir ki, dizaynerlər zərgərlik seçimində yekdil fikirdədirlər. Belə ki, uzun boyunbağılar bir çox brendin kolleksiyalarında yer alıb. Bununla belə, onların hamısı, şübhəsiz ki, bir-birindən fərqlidir. Qabriela Herst "Chloé" ilə vida kolleksiyasında dərin dekolteli paltarları və topları ağ mina ilə örtülmüş böyük gümüş kulon ilə birləşdirməyi təklif edib. Belə bir bəzək ölçüsünə baxmayaraq, lakonik forması sayəsində minimalist görünür. Odur ki, onları müxtəlif obrazlara asanlıqla uyğunlaşadıra biləcəksiniz. Həmçinin "The Row" moda evi qara şnur üzərində hamar metal bəzəkləri, "3.1 Phillip Lim" hazırda dəbdə olan ürək kulonu, "Maison Margiela" isə minimalizmi və nazik uzun zəncirləri dəbə gətirib.
Pyerpaolo Piccioli alıcılarını bir neçə qızıl üzükdən ibarət daha böyük kulonlarla sevindirib. Belə boyunbağılar yalnız sadə paltarlarla uzlaşdırılmalıdır, əks halda bəzək təsviri "çox yükləyəcək". Əsl mineral parçasını xatırladan daha bir təsiredici kulonu "Carven" kolleksiyasında tapmaq olar. "Courrèges" də çox nazik, demək olar ki, görünməz zəncirdə böyük bir metal kulon taxmağı təklif edib.
Bu cür bəzək nümunələri əsasən klassik rənglər və fasonlarla daha effektli görünür. Uzun boyunbağılar çiyin dekolteli paltarlar üçün də ideal seçim olacaq. Onlar obrazın üst hissəsini çox yükləmədən düzgün şəkildə vurğulamağa imkan verəcək.
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam









.jpg)

.jpg)



























