Dəb
Qadın belinin incəliyini vurğulayan libaslar - FOTOLAR
I və II Dünya müharibə dövrlərində yaşanan kasıbçılığa, qıtlığa görə paltarlar sadələşmiş və get-gedə kiçilmişdi. Ancaq müharibə bitdikdən sonra onun modaya təsiri də azaldı və beləliklə nazlı-qəmzəli qadınlar incə görünməyə can atırlar. Qadınlığı vurğulayan modellər dəbə minir. Bundan sonra “Christian Dior” moda evi tərəfindən "New Look" cərəyanı yaradılır.
Tam dairəvi ətəklərlə, belli incə olan pencəklərin zərif bir toqqa ilə tamamlanması "New Look" (yeni görüntü) adlanan bu görüntünü yaradır. Kristian Diorun 1947-ci ilin 12 fevralında təqdim etdiyi "Carolle Line" dəfiləsində yeni dəb cərəyanı ilk dəfə nümayiş olunur.
"New Look" cərəyanı qadını bir qum saatı tərzinə bənzədən, beli incəldib ətəkləri qabarıq göstərən zərif obrazla dəb tarixinin səhifəsinə yazılır. Günümüzdə hələ də davamçıları olan bu cərəyan özünü darıxmağa qoymur. Belə ki, mütəmadi olaraq təkrar-təkrar yenidən podiumlarda nümayiş olunur.
Viviyen Vestvud, Con Qalyono, Mark Jakobs kimi sadiq davamçılarla yanaşı, "Rochas, Prada", "Louis Vuitton" kimi davamçıları da "New Look" cərəyanını ölməyə qoymur. Bu cərəyanın vizual baxımdan da tam olaraq nəyə bənzədiyini publika.az-ın dəb bölməsinin seçdiyi nümunələrdən baxa bilərsiniz.
Aytən
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu