ABŞ-ın Suriyada YENİ OYUNU - "Suriyanın gələcəyi" qurulur
Bizi izləyin

Digər

ABŞ-ın Suriyada YENİ OYUNU - "Suriyanın gələcəyi" qurulur

Suriyanın şimalında YPG/PKK terror təşkilatının işğalı altında olan bölgələrdə “Suriyanın gələcəyi” adlı partiya qurulub.

Publika.az xəbər verir ki, ABŞ-ın bölgədəki səlahiyyətli nümayəndələri son aylarda artan səfərləri zamanı partiyanın formasını və strategiyasını təyin edib.

Bu partiya Afrinin terrorçulardan geri alınmasından sonra Amerika hökumətinin Suriyada yeni bir “PKK/YPG oyunu” kimi dəyərləndirilir. ABŞ “Zeytun budağı”ndan sonra qurduğu “yeni YPG” ilə düşdüyü çətin vəziyyətdən çıxmağı ümid edir.

Belə ki, daha öncə PKK terror təşkilatını PYD və YPG kimi təqdim edən ABŞ daha sonra YPG-ni Suriya Demokratik Qüvvələri etdiyi kimi, indi də "Suriyanın gələcəyi" Partiyası adı altında formatlayıb.

“Yeni partiya”nın dünən Haseki bölgəsində ilk konqresi də keçirilib. Partiyanın prezidentliyinə daxili çəkişmələrdən öncə iqtidardakı Baas Partiyasının Münbiç təşkilatı üzvlərindən olan İbrahim Qatfan gətirilib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hezer Nauret yeni partiya ilə bağlı suallara “BMT Təhlükəsizlik Şurasının 2254 qətnaməsinə uyğun olaraq, hər hansı bir partiyanı Suriyadakı qorxunc duruma son verməsi üçün dəstəkləyirik” cavabını vermişdi.

Qeyd edək ki, “Suriyanın Gələcəyi”ndə 81 yerlik idarəetmə qurumunda təşkilatın işğal etdiyi Deyr Əz-Zor, Rakka, Təl Əbyad, Münbiç, Afrin, İdlib, Hələb və Şəhba bölgələrinin təmsilçiləri var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm