Tibb mərkəzinə HÜCUM – 2 ölü, 5 yaralı
Bizi izləyin

Digər

Tibb mərkəzinə HÜCUM – 2 ölü, 5 yaralı

Əfqanıstanda silahlılar tibb mərkəzinə hücum edib.

Publika.az xəbər verir ki, bu haqda məmurlara istinadən “Tolo News" telekanalı məlumat yayıb.

Hücum nəticəsində 2 nəfər həlak olub, 5-i yaralanıb. Təhlükəsizlik gücləri hücumu dayandırmağı bacarıb.

Telekanalın məlumatına görə, hadisə Nanqarhar vilayətinin inzibati mərkəzi Cəlilabadda baş verib. Hücum yerli vaxtla təxminən saat 11:30-da başlanıb və beş saat davam edib.

Həlak olanlar tibb mərkəzinin əməkdaşlarıdır. Hücumda iştirak edən, öldürülən və ya yaralanan silahlıların sayı hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm