Əfqanıstanda hərbi baza mühasirəyə alındı – 17 ölü, 25 yaralı
Bizi izləyin

Digər

Əfqanıstanda hərbi baza mühasirəyə alındı – 17 ölü, 25 yaralı

Əfqanıstanın Faryab əyalətində hərbi bazadaTaliban döyüşçüləri ilə toqquşmalar nəticəsində ən azı 17 əsgər həlak olub, 25-i yaralanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli “Tolo News” telekanalı bildirib.

Məlumata görə, Taliban döyüşçüləri ötən gün Əfqanıstan ordusunun bazasına hücüm edərək bir neçə dayaq məntəqəsini tutublar. Hazırda baza döyüşçülərin mühasirəsindədir. Telekanal bildirir ki, Əfqanıstan hakimiyyəti hərbçilərin xilası üşün hələ heç bir addıma atmayıb.

Əfqanıstan ordusunun Baş qərargah müdiri Məhəmməd Şərif Yaftali bazada toqquşmaların baş verdiyini təsdiq edib, amma qurbanlar və zərərçəkənlər haqqında heç bir informasiyaya verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm