Digər
“Ərəb baharı” GERİ QAYIDIR? – Prezidentdən SOS
Sudan şəhərlərində kütləvi etiraz aksiyalarının təşkilatçıları “Ərəb baharı”nı klonlaşdırmağa çalışırlar.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, belə fikirlə Sudan prezidenti Ömər əl-Bəşir Misirə səfəri zamanı çıxış edib.
“Biz demirik ki, Sudanda problem yoxdur, amma vəziyyət bir sıra KİV-lərin təqdim etdiyi kimi deyil. Onların etdikləri “Ərəb baharı” kimi məşhur olan hadisələri klonlaşdırmaq cəhdidir. Dövlət əleyhinə etiraz aksiyalarının gedişatında “Ərəb baharı”nda istifadə olunan şüarlar, proqramlar, çağırışlar sosial mediada geniş təbliğ edilir, - o deyib.
Sudan prezidenti əlavə edib ki, ölkədəki insanların əksəriyyəti ”Ərəb baharı” baş verən ölkələrdə hansı mənfi nəticələrin olduğunu görüblər və dərsi yaxşı mənimsəyiblər.
“Sabitliyə zərər vermək istəyənlərin heç bir şansı yoxdur”, - prezident deyib.
Qeyd edək ki, Sudanda etiraz aksiyaları 2018-ci ilin dekabrdan davam edir. Aksiyaçılar Ömər əl-Bəşiri istefa verməyə çağırırlar. Nümayişlər polislə toqquşmalarla müşayiət edilir. Toqquşmalarda artıq təxminən 30 sudanlı ölüb. Aksiyalar çörək və başqa malların qiymətlərinin artması fonunda başlanıb və fövqəladə vəziyyətin tətbiqindən sonra daha da genişlənib.
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?






















.png)


















