Digər
Pxenyan yaxın mənzilli raketi sınaqdan keçirdi
Şimali Koreya kiçik mənzilli raketin sınaqlarını həyata keçirib.
Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın Baş qərargahına istinadən “Kiodo” agentliyi bildirib.
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası şənbə günü uçuş məsafəsi 70 kilometrdən 200 kilometrə qədər olan bir neçə raketin sınağını həyata keçirib. Raketlər Vonsan rayonundan Yapon dənizi istiqamətində işə salınıb.
İdarə həmçinin bildirir ki, hərbçilər ABŞ-la birgə məlumatları təhlil edirlər.
Mənbə “Renxap” agentliyinə bildirib ki, Cənubi Koreya hərbçiləri raketləri ballistik raketlər hesab etmirlər.
Eyni zamanda Yaponiya hökuməti açıqlayıb ki, özünün xüsusi iqtisadi zonasının üzərində hər hansı ballistik raketin uçuşunu qeydə almayıblar.
ABŞ prezidentinin mətbuat katibi Sara Sanders Ağ Evin Şimali Koreyanın hərəkətlərini və hadisələri izlədiyini deyib.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO




















.jpg)

















