Baş nazir vəzifəsinə namizədin ofisinə hücum: 20 ölü, 50 yaralı
Bizi izləyin

Digər

Baş nazir vəzifəsinə namizədin ofisinə hücum: 20 ölü, 50 yaralı

Əfqanıstanda baş nazir vəzifəsinə namizəd Əmrulla Salehin ofisinə hücum nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimiyə istinadən "Tolo News" telekanalı bildirib.

Hadisə nəticəsində 50 nəfər yaralanıb. Yaralananlar arasında Əmrulla Saleh də var.

"Tolo News" xəbər verir ki, hücum zamanı Əmrulla Salehin yanında onun köməkçiləri də olub.

Xatırladaq ki, ötən gün Əfqanıstanın Kabil şəhərində baş nazir vəzifəsinə namizəd olan Əmrulla Salehin ofisinə hücum edilib. Hücumda dörd nəfərin iştirak etdiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm