Müsəlman ölkələri müsibətlə qarşı-qarşıya: 108 ölü var
Bizi izləyin

Digər

Müsəlman ölkələri müsibətlə qarşı-qarşıya: 108 ölü var

Pakistanda kəskin qar yağışlarından zərərçəkənlərin sayı gün keçdikcə artmaqda davam edir.

Publika.az xəbər verir ki, qarın səbəb olduğu uçqun və torpaq sürüşməsi nəticəsində 108 nəfər həlak olub.

Pakistan Milli Fövqəladə Hallar Agentliyi (NDMA) 176 nəfərin yaralandığını bildirir.

Kəşmir Fövqəladə Halların İdarə Edilməsi Əməliyyatları müdiri Səid Rəhman Qureyşi isə uçqun altında qalanların olma ehtimalını dilə gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Eyni vəziyyət Əfqanıstanda da davam edir. Buradakı təbii fəlakət nəticəsində 30 nəfər ölüb, 100-ə yaxın yaralı var. Təxminən 100 ev dağılıb. İtkin sakinlər var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm