Digər
Kolumbiya prezidenti Venesuelaya hücuma görə BMT-yə təcili çağırış etdi
Venesuelada vəziyyət gərgin olaraq qalır.
Publika.az TASS-a istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro Venesueladakı hadisələrlə əlaqədar BMT və Amerika Dövlətləri Təşkilatının təcili iclasının çağırılmasını istəyib.
Petronun sözlərinə görə, Karakas raket hücumlarına məruz qalıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Venesuelanın paytaxtında bir neçə güclü partlayış qeydə alınıb. Karakasın cənubu işıqsız qalıb. Şahidlər partlayışların hərbi bazalarda qeydə alındığını və atışma səslərinin eşidildiyini bildiriblər. Bəzi mənbələr təyyarə və raket uçuşları da olduğunu bildirib.
Qeyd edək ki, son zamanlar ABŞ ilə Venesuela arasında münasibətlər xeyli gərginləşib. Ağ Ev Nikolas Maduro hökumətinə təzyiq göstərmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinə ölkədə gizli əməliyyatlar aparmaq səlahiyyəti verib.
Tural
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































