Avropaya köçən daha bir məşhur malikanəsini satışa qoydu - FOTO
Bizi izləyin

Dizayn

Avropaya köçən daha bir məşhur malikanəsini satışa qoydu - FOTO

Bir il əvvəl Avropaya köçən Svetlana Loboda Rusiyadakı malikəsini satışa çıxarıb.

Publika.az Kp.ru-ya istinadən xəbər verir ki, 50 il ölkəyə giriş qadağan edilən ulduz Moskvadakı üçotaqlı mənzilini və malikəsini satmağa qərar verib. Bir neçə daşınmaz əmlak agentliyi Novorijski şossesində 1 hektar sahəsi olan bağ evi almağı təklif edir. Lotun qiyməti 630 ilə 650 milyon rubl arasında dəyişir. Bundan əlavə, ayda 1 milyona daşınmaz əmlak icarəyə verilə bilər.

Elanda ev sahibləri haqqında məlumat verilməyib, ancaq qeyd olunub ki, ev beş ildən çoxdur ki, mülkiyyətdədir, sənədləri qaydasındadır. Lakin Labodanın pandemiya dövründə sosial mediada paylaşdığı kadrlardan təxmin etmək çətin deyil ki, söhbət onun evindən gedir. Müğənni bu evdən son şəklini 2022-ci il Yeni il gecəsində paylaşıb.

Dörd binalı malikanə kompleksi əsas ev, qonaq evi, həmçinin işçilər və təhlükəsizlik evlərindən ibarətdir.

Та же кухня... Фото: соцсети; slrealty.ru.

...та же ванная комната... Фото: соцсети; slrealty.ru.

...те же потолки в гостиной... Фото: соцсети; slrealty.ru.

...та же плитка на полу... Фото: соцсети; slrealty.ru.

...и то же резное изголовье кровати. Фото: соцсети; slrealty.ru.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm