Dünya
Eşton Ruhani ilə görüşdü (FOTO)
İranda rəsmi səfərdə olan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, görüşün təfərrüatları hələ mətbuata
açıqlanmayıb.
Aİ-nın rəsmisi eləcə də ölkə parlamentinin sədri Əli Laricani ilə
görüşərək, birlikdə mətbuat konfransı keçirib.
İranda üçgünlük səfərdə olan K.Eşton ilk olaraq İranın xarici işlər
naziri Məhəmməd Cavad Zəriflə görüşmüşdü. Aİ diplomatiyasının
rəhbəri İranın XİN rəhbəri ilə keçirdiyi birgə mətbuat
konfransında, İran və "altılıq" (beynəlxalq vasitəçilər) arasında
müvəqqəti razılaşmanın vacibliyini vurğulayaraq deyib: "Yekun
hərtərəfli sazişin imzalanması isə daha vacibdir, lakin buna nail
olmaq çətindir və uğur qazanacağımıza heç bir zəmanət yoxdur".
Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və "altılıq" ölkəyə
qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə
fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər.
Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin
İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə
başlayacağı gözlənilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR